İki rayon qazsız qalacaq


Digərləri 03 May 2018 09:42:00 242 0

İki rayon qazsız qalacaq

Diametri 1220 mm-lik "Astara-Qazıməmməd" maqistral qaz kəmərinin 102-103-cü km-lərində avtomobil yolu ilə kəsişən və yeni çəkilərək təhlükəsiz əraziyə köçürülmüş hissəsinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, bu gün saat 09:00-dan işlər yekunlaşdırılanadək təmir işləri aparılacaq.

Bu barədə Son.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Təmir müddətində Masallı və Cəlilabad rayonlarının yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyət yaranacaq.