“Qarabağda hərbi əməliyyatlara hazır olmalıyıq” Tofiq Zülfüqarov


Digərləri 03 May 2018 09:46:00 233 0

“Qarabağda hərbi əməliyyatlara hazır olmalıyıq”  Tofiq Zülfüqarov

"Mən belə hesab edirəm ki, Qərbin Ermənistanda o qədər də böyük marağı yoxdur. Didər tərəfdən o fikirdəyəm ki, ümumiyyətlə, Rusiya bu bölgədən çəkilmək istəyir". 

Son.az xəbər verir ki, bunu "Yeni Müsavat"a müsahibəsində sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Onun fikrincə, artıq Ermənistan Rusiya üçün həm siyasi, həm iqtisadi baxımdan mənasız bir yükə çevrilib: "Təbii ki, bu yükdən özünü azad etmək Rusiya üçün aktualdır. Baxın, son on ilin ərzində Rusiya özünün hərbi kontingentində nə qədər ixtisarlar aparıb. Xaricdə heç bir strateji əhəmiyyətə malik olmayan, Rusiyanın müdafiəsi üçün heç bir əhəmiyyət kəsb etməyən hərbi bazanı saxlamaq da mənasız bir şeydir. Üstəlik, günü-gündən əhalisi azalan bir ölkə iqtisadi baxımdan da Rusiya üçün heç bir maraq kəsb etmir. Yəni Ermənistan öz siyasəti nəticəsində artıq dalana dirənmiş bir ölkədir. Hansı ki, o siyasətin nəticələri üzə çıxır. Bunun əsasında da müxtəlif qruplaşmalar bir-biri ilə toqquşmağa başlayıb. Çünki ortada olan iqtisadi maraqlar azalır və onun bölünməsi daha da aktuallaşır".

T. Zülfüqarov deyib ki, Rusiya artıq Ermənistanla bağlı real heç bir addım atılmır.