Mingəçevirdə taksi sürücüsü döyüldü


Digərləri 03 May 2018 08:53:00 253 0

Mingəçevirdə taksi sürücüsü döyüldü

Mingəçevirdə 23 yaşlı taksi sürücüsü döyülüb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Babək küçəsində baş verib.

1995-ci il təvəllüdlü şəhər sakini Rəcəb Müzəffər oğlu İbrahimov adları hələ ki, məlum olmayan şəxslər tərəfindən, "beşbarmaqla" döyülərək, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata əsasən, hücum edən şəxslərin R. İbrahimova borcu var.