Ev heyvanlarının qeyriadi FAYDALARI


Digərləri 02 May 2018 22:26:00 282 0

Ev heyvanlarının qeyriadi FAYDALARI

ABŞ-ın Boulder şəhərində yerləşən Ulmsk və Kolorado universitetlərindən olan tədqiqatçılar müəyyən ediblər ki, şəhər həyatında ev heyvanı saxlamamaq insan psixikasında özünü göstərə bilər. Müşahidələrin nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalının saytında yerləşdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, eksperiment üçün yaşı 20-40 arasında olan 40 almaniyalı seçilib. İştirakçıların yarısını fermada, heyvanların əhatəsində böyüyənlər, digər hissəsini isə daim şəhərdə yaşayıb və heyvanlarla az təmasda olanlar təşkil edib.

Təcrübə iştirakçılarına müəyyən vaxt çərçivəsində sadə riyazi məsələləri həll etmək təklif olunub. Onların immunitetinin reaksiyasının öyrənilməsi məqsədilə testdən 5 dəqiqə əvvəl, həmçinin 15, 60, 90 və 120 dəqiqə sonra kişilərdən qan və ağız seliyi nümunələri götürülüb.

Nəticədə ikinci qan qrupu nümayəndələrində periferik qanın mononüvə hüceyrələrinin yüksək artımı müşahidə edilib ki, bunlar da stress vəziyyətlərində immunitetin reaksiyasında əsas komponentlərdir. Hətta tapşırıq veriləndən iki saat keçdikdən sonra şəhər sakinlərində interleykin-6-nın yüksək artımı və interleykin-10-nun aşağı fəallığı müşahidə edilib. Bu, stress vəziyyətində iltihabəleyhinə prosesin olduğunu göstərir.