Üzərinə dəmir köşk aşıb


Digərləri 02 May 2018 22:35:00 265 0

Üzərinə dəmir köşk aşıb

Gədəbəydə bədbəxt hadisə baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Yeni Saratovka kəndində qeydə alınıb.

Kənd sakini, 1970-ci il təvəllüdlü Cəfərov Zülfüqar Oruc oğlu qonşusunda olan dəmir köşkdə iş görən zaman qurğu onun üzərinə düşüb.

Müxtəlif dərəcəli xəsarətlər alan Z.Cəfərov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.