Ermənistan parlamentinin üç fraksiyası Paşinyanın baş nazir postuna namizədliyini irəli sürəcək


Dünya 02 May 2018 21:23:00 277 0

Ermənistan parlamentinin üç fraksiyası Paşinyanın baş nazir postuna namizədliyini irəli sürəcək

Ermənistan parlamentinin üç müxalif fraksiyası - "Yelk", "Daşnaksyutun" və "Tsarukyan" bloku etirazların lideri Nikol Paşinyanın namizədliyini təkrarən baş nazir vəzifəsinə irəli sürəcək.

Son.az APA-ya istinadən bildirir ki, bunu N.Paşinyan İrəvanda, Respublika meydanında keçirilən mitinqdə bəyan edib.

"Biz sabah parlamentdə fraksiyalar ilə işləyəcəyik, siz isə istirahət edəcəksiniz. Mayın 3-də vətəndaş itaətsizliyi aksiyaları keçirilməyəcək", tərəfdarları qarşısında çıxış edən N.Paşinyan qeyd edib.