Bu məhsulları birlikdə yeməyin: ət və pomidor, balıq və limon...


Digərləri 02 May 2018 21:14:00 270 0

Bu məhsulları birlikdə yeməyin: ət və pomidor, balıq və limon...

Həzm prosesləri olduqca mürəkkəbdir. Bu proseslərdə mədə şirəsi, öd, müxtəlif fermentlər iştirak edir.

Həzm proseslərin pozulması özünü qarında ağrı, köp, meteorizm kimi simptomlarla büruzə verir. Bir çox hallarda bu pozulmaların səbəbi uyğun olmayan məhsulların birlikdə istehlakıdır.

Məlumdur ki, bəzi məhsulların birlikdə istehlakı onların həzmini yaxşılaşdırır, bəzilərin isə əksinə mane olur. Məşhur amerikalı alim və diyetoloq Herbert Şeldon bu istiqamətdə çoxlu sayda araşdırmalar aparıb. Alimin fikrinə görə, qida sadə və azkomponentli olmalıdır, çoxlu müxtəlif məhsulların "bir boşqabda" qarışdırılması insan həzm sisteminə yalnız ziyan vurur, həzm problemlərinə səbəb olur.  

Son.az saglamolun.az-a istinadən Şeldonun qidalanma ilə bağlı olan bəzi tövsiyələrini sizə təqdim edir.