İngilis tədqiqatçısı: Qırmızı rəngli qida məhsullarına böcəkdən alınan boya qatılır


Digərləri 02 May 2018 21:02:00 300 0

İngilis tədqiqatçısı: Qırmızı rəngli qida məhsullarına böcəkdən alınan boya qatılır

İngilis tədqiqatçısı Emi Batler Qrinfield "Mükəmməl qırmızı" adlı kitabında qida texnologiyasının inkişafı fonunda insanların fərqində olmadan minlərlə böcək yediyini yazıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, vətəni Cənubi Amerika olan böcəklər qida boyalarında istifadə olunur və bu məqsədlə çoxaldılır. Karmin böcəyi adlanan bu həşəratın izləri meyvəli yoqurtdan dondurmaya, rəngli içkilərdən keks kremlərinədək bir çox qida məhsullarında mövcuddur. Xüsusilə Peruda sənaye üsulu ilə artırılan böcəyin əzilməsindən əmələ gələn qırmızı boya qadınların istifadə etdikləri pomadalara da qatılır.

Tədqiqatçı müəyyən edib ki, Karmin boyasının əsas üstünlüyü onun dayanıqlı olmasıdır. İnsan sağlamlığı üçün heç bir təhlükə yaratmayan bu boya istiyə davamlıdır və rəngi solmur. Digər tərəfdən, mütəxəssislər böcəkdən əldə edilən qırmızı rəngin kimyəvi maddələrdən daha az zərərli olması qənaətindədirlər.


Xəbərə aid fotolar