Bir az da “limonadnan korjik”dan danışaq...


Digərləri 02 May 2018 21:05:00 290 0

Bir az da “limonadnan korjik”dan danışaq...

Ruslar demişkən, bizdə qaz var, sözləri ilə bu gün heç kimi təəcübləndirmək mümkün deyil. Əlbəttə, əgər həyətyanı sahənizdə, heç olmazsa, balaca bir təbii qaz emalı zavodunuz yoxdursa...

Amma nəyin bahasına olursa olsun, biz ətrafımızdakıları heyrətə salıb paxıllıq hissləri oyatmaq istəyirik, çünki, bu, bizim təbiətimizdədir.

Paxıllıq və öyünmək hissləri cəmiyyətin inkişafında ən əsas rolları oynayır desəm, yanılmaram, çünki doğruya nə deyəsən?! Ədəbi - bədii dilnən: insan həmişə özünəbənzərlərdən fərqlənmək üçün min bir üsula əl atır.

Qədim və ya yaxın tariximizə nəzər salıb insanın o birilərdən seçilməsi üçün nələr etdiyini görəndə, bilmirsən ki, güləsən, ya ağlayasan.

Məsələn, rus boyarları (yəni ki, rusların bəy - xanları) öyünmək üçün bir-birinin üstündən bahalı parçalardan tikilmiş və üzəri qızıl saplarla və qiymətli xəzlərlə işlənmiş 8-9 xələt geyərlərmiş.

Azərbaycanlılar heç boyarlardan - filan geri qalmırdılar. Məsələn, keçən əsrin əvvəllərində Bakı neft milyonçuları məşuqələri üçün bir-birinin acığına bu gün şəhərimizin mərkəz küçələrindən birini bəzəyən əsrarəngiz evlər tikdiriblər. 

Sonra isə o dövrün ən bahalı dərzilərinə fantastik qiymətə paltarlar sifariş etdirmiş, qadınları həmin paltarlarda eyvanda oturdublarmış ki, hamı onları görsün.

Bu gün status qazanmaq üçün nə doqquz xələt geymək lazımdır, nə də ki eyvanda məşuqə oturtmaq (birdən çaşarsınız aaa). İndi özü haqqında bərkdən hamıya məruzə etmək daha asandır, çünki çoxbilmiş Zukerberq sosial şəbəkəsini məhz insanın ən böyük arzusu olan özünü göstərmək istəyinin əsasında yaradıb.

Bəziləri (yəni ki, kimin varıdır) yaxtalarının, şəxsi təyyarələrinin, bahalı villalarının şəkilləri və Lamborginin damında rəqslərinin videoları ilə özünü göstərir. O biriləri isə oğluna, ya da qızına toy edərkən beyninin qaranlıq dərinliklərində gizlənən xəyallarını gerçəkləşdirərək ətrafdakılara, "mən də heç qonşudan, qohumdan, millətdən, ölkədən geridə qalmaram", (şəkilləri sosial şəbəkələrdə izləyə bilərsiniz) deyir.

Çatdıq əsas məsələyə! Toy, toy, toydu bu gün...

Ölkəmizin yarıdan çox sənayesi toyların təşkilinə yönləndirilib ki, bu da çox sevindirici haldır. Bəzən! Bəzən isə...

Gözəl toy etmək və övladına bütün lazım olan cehizləri almaq üçün hər valideyn bacardığını, çox zaman isə bacarmadığını edir. Cavanlara lazım olanlar valideynlərin maddi durumu ilə düz mütənasib olaraq brend butiklərdən "Sədərəy"in şirniyyat sırasına qədər növbənöv mağazalardan alınır. Adət - ənənələrimiz bunu tələb edir, belə də olmalıdır. Amma bir onu başa düşmürəm ki, bütün bunlar alınarkən valideynləri əsas düşündürən uşaqlarının birgə gələcək həyatıdır, ya da ki camaat nə deyər?!

Əsrlərdən bəri bizə gəlib çatan adət və ənənələr, əsasən, toyların təşkil edilməsi və yeni ailənin yaradılması ilə bağlıdır. Onlardan bəziləri cəmiyyətin inkişafı ilə müəyyən qədər dəyişilib. Məsələn, yarım əsr bundan əvvəl bizim toylara heç kim pul salmırdı. Əlbəttə ki, əliboş gələn də yox idi. Qonaqlar hədiyyə olaraq ya cehizlik, ya da ki qızıl - zinyət əşyaları gətirirdilər. Məsələn, mənim anam danışır ki, onun Gubanın kəndlərindən birində 7 gün, 7 gecə (lap turizm şirkətlərinin reklamına oxşadı) keçən toyu zamanı 8 çaydan bağışlamışdılar. Unutdum soruşam ki, o qədər çaydanın taleyi nə oldu.

Məsələ: Əgər bu yaxınlarda anamın məndən ona yeni çaydan almaq xahişini nəzərə alsaq, sizcə, 8 çaydanı neçə ilə işlədib "qurtarmaq" olar?

O zamanlar toyda bağışlanılan bütün hədiyyələr cavanlara qalırdı.

Daha əvvəl isə gəlinin əvəzinə onun valideynlərinə kalım - başlıq verilirdi. Başqa çür desək, işçi qüvvəsini itirdiklərinə görə qız evi kompensasiya alırdı.

Bizim bəzi rayonlarımızda isə gəlinə "mehr" verilirdi və başlıqdan fərqli olaraq bu, qıza catırdı. Amma mehrin miqdarı qızın valideynləri tərəfindən müəyyələşdirilirdi.

Qədimdə Şərq ölkələrinin, o cümlədən Azərbaycanın da bəzi bölgələrində qanunla mehr və başlığın ən aşağı və ən yuxarı həddi müəyyən olunmuşdu ki, valideynlər üçün çox əziyyətli olmasın.

Bəzən imkanlı ailələr həm mehrdən, həm də başlıqdan imtina edirdilər.

Cehizsiz qız