Nazir: "Azərbaycan qeyrixammal sektorunun inkişafında İsrailin təcrübəsi ilə maraqlanır"


Digərləri 02 May 2018 20:41:00 231 0

Nazir: "Azərbaycan qeyrixammal sektorunun inkişafında İsrailin təcrübəsi ilə maraqlanır"

"Azərbaycan iqtisadiyyatın qeyri-xammal sektorunun inkişafında İsrailin təcrübəsi ilə maraqlanır".

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bunu vergilər naziri Mikayıl Cabbarov İsrail Dövlətinin 70 illiyi münasibətilə keçirilən mərasimdə deyib.

Nazir bildirib ki, Azərbaycan və İsrail ikitərəfli əməkdaşlıq çərçivəsində mühüm uğurlar əldə edib: "Biz hərbi sahədə, kənd təsərrüfatı və turizm sahəsində uğurla əməkdaşlıq edirik. Biz eyni zamanda iqtisadi diversifikasiya sahəsində əməkdaşlığın dərinləşməsinə ümid edirik".