"Azərbaycan Qran Prisi Formula 1in ən yaxşı mərhələsidir"


Digərləri 02 May 2018 16:23:00 299 0

"Azərbaycan Qran Prisi Formula 1in ən yaxşı mərhələsidir"

Formula 1-in rəsmi "Tvitter" səhifəsində aparılan sorğunun yekunu üzrə Azərbaycan Qran Prisi 2018-ci ildə Formula 1-in ən yaxşı mərhələsi sayılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, sorğuda 43 419 istifadəçi iştirak edib.

Sorğuya qatılanların 68 faizi Azərbaycan Qran Prisinin lehinə səs verib. Çin Qran Prisi 14 faiz səslə ikinci olub. Sonrakı yerlərdə Bəhreyn (11 faiz) və Avstraliya (7 faiz) gəlir.