Xalq rəssamı vəfat etdi


Digərləri 02 May 2018 15:55:00 262 0

Xalq rəssamı vəfat etdi

Xalq rəssamı, heykəltaraş Tokay Məmmədov vəfat edib.

Son.az APA-ya istinadən xəbər verir ki, 91 yaşlı xalq rəssamı bu gün evində dünyasını dəyişib. 

Tokay Məmmədovla vida mərasiminin keçiriləcəyi məkan və dəfn olunacağı yer dəqiqləşdirilir. 

Tokay Məmmədov Məhəmməd Füzuli, Nəsimi, Üzeyir Hacıbəyov və Koroğlunun heykəllərinin müəllifidir.   

Tokay Həbib oğlu Məmmədov 1927-ci il iyulun 18-də Bakıda anadan olub. Atası Həbib Qurban oğlu Məmmədov texnika elmləri doktoru, anası Zivər Məmmədova isə Azərbaycanın ilk qadın heykəltəraşı olub. İlk təhsilini anasından alıb.