Bakıda birinci sinif şagirdini döyən müəllim işdən çıxarıldı


Digərləri 02 May 2018 15:32:00 226 0

Bakıda birinci sinif şagirdini döyən müəllim işdən çıxarıldı

Bakıdakı 189-190 saylı orta məktəbdə birinci sinif şagirdini döyməkdə günahlandırılan müəllim işdən çıxarılıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə uşağın valideyni Xanım Əliyeva öz Facebook səhifəsində məlumat yayıb.

X.Əliyeva məsələnin ədalətli həll olunduğuna görə Təhsil Nazirliyinə təşəkkür edib.

Qeyd edək ki, hadisə iki gün öncə baş verib. X.Əliyeva Facebook-da məlumat yayaraq qızının döyüldüyünü, nəticədə alnının şişdiyini bildirmişdi.