Ermənistanda vəkillər də tətil edərək aksiyaya qoşulublar


Dünya 02 May 2018 15:24:00 300 0

Ermənistanda vəkillər də tətil edərək aksiyaya qoşulublar

Onlar Ali Məhkəmənin sədri Arman Mkrtumyanın istefasını tələb edirlər

Ermnistanda vəkillər də tətil edərək Ali Məhkəmənin binası qarşısında etiraz aksiyası keçirirlər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, vəkillər Ali Məhkəmənin sədri Arman Mkrtumyanın istefasını tələb edirlər.

Onlar “Arman rədd ol!” şüarını səsləndiriblər.

Vəkillərin müxalifətin etiraz aksiyasını da dəstəklədiyi qeyd olunub.