“Lotu Quli”nin adamlarının məhkəməsi başladı


Digərləri 02 May 2018 14:51:00 272 0

“Lotu Quli”nin adamlarının məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Rafət Əlibayramski" kimi tanınan qanuni oğru Rafət Əmirovun qardaşı Rüfət Əmirov və Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovun məhkəməsi başlayıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Vəkillər prosesdə iştirak etmədiyi üçün hazırlıq prosesi mayın 10-da davam etdiriləcək.