Türkiyənin 4 müxalif partiyası koalisiya yaradır


Dünya 02 May 2018 13:51:00 259 0

Türkiyənin 4 müxalif partiyası koalisiya yaradır

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP), "İYİ Parti", Səadət Partiyası və Demokratik Partiya növbədənkənar parlament seçkilərində koalisiya yaradırlar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri yazır.

Müxalif partiyaların Türkiyə Prezidenti postuna vahid namizəd irəli sürəcəkləri də istisna edilmir.