"Tüstü" həvəskarlarını siqaretdən soyudacaq VİDEO


Digərləri 02 May 2018 13:10:00 297 0

"Tüstü" həvəskarlarını siqaretdən soyudacaq  VİDEO

Şimali Karolina ştatında yaşayan tibb bacısı siqaretlə bağlı paylaşım edib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Amanda Eller adlı tibb işçisi sağlam və xərçəngə yoluxmuş ciyərləri yanaşı qoyaraq videoya çəkib. O bildirib ki, qaralmış, kül rəngi almış ciyər 20 il ərzində gündə bir paket siqaret çəkən şəxsin ciyəridir.

Qeyd edək ki, siqaret çəkməyə başladığınız anda bu, bədəninizə təsir etməyə başlayır. Nikotin və karbon monoksid ürəyin fəaliyyətini çətinləşdirir. Siqaret vücuda çatan oskigenin miqdarını azaldır. Hər il siqaretə görə dünyada 6 milyon insan ölür.


Xəbərə aid fotolar