Nazirliyə 1 milyon 335 min dəfədən çox müraciət olunub


Digərləri 02 May 2018 12:43:00 242 0

Nazirliyə 1 milyon 335 min dəfədən çox müraciət olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırda 30-a yaxın elektron xidməti fəaliyyət göstərir və aprel ayında bu e-xidmətlərə 1 milyon 335 min dəfədən çox müraciət olunub.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırda 30-a yaxın elektron xidməti fəaliyyət göstərir və aprel ayında bu e-xidmətlərə 1 milyon 335 min dəfədən çox müraciət olunub. Nazirlikdən Trend-ə verilən məlumata görə, “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi e-xidmətlər əmək və sosial müdafiə sahələrində dövlət xidmətlərinin göstərilməsində şəffaflığa, həmin xidmətlərin müvafiq əhali qrupları üçün əlçatanlığına, onlardan real vaxt rejimində asan və rahat şəkildə istifadəyə, sosial təminat sistemində ünvanlılığın təmin olunmasına imkan verir.