Şəkidə 9 ədəd palıd, qarağac, yemişan ağaclarını kəsən cərimələndi


Digərləri 02 May 2018 12:46:00 238 0

Şəkidə 9 ədəd palıd, qarağac, yemişan ağaclarını kəsən cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Şəki rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Şəki rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, reyd zamanı Şəki rayonu Bideyiz bələdiyyəsinin mülkiyyətinə aid örüş sahəsində 9 ədəd palıd, qarağac, yemişan cinsli ağacın kəsildiyi və təbiətə 1070 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.