Qüdsdə naməlum şəxs avtomobili polislərin üzərinə sürmək istədi


Dünya 02 May 2018 10:04:00 258 0

Qüdsdə naməlum şəxs avtomobili polislərin üzərinə sürmək istədi

Qüdsdə İsrail polisinin Milli qərargahının yaxınlığında naməlum şəxs avtomobili polislərin üzərinə sürməyə cəhd edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail polisinin Twitter səhifəsində paylaşılan məlumatda deyilir.

Məlumatda deyilir: "Bir müddət əvvəl İsrail polisinin Milli qərargahının yaxınlığında avtomobili polislərin üzərinə sürmək cəhdi olub. Xəsarət alan yoxdur".