İŞİD-in Bağdad ətrafına hücumu nəticəsində 7 nəfər ölüb


Dünya 02 May 2018 02:58:22 343 0

İŞİD-in Bağdad ətrafına hücumu nəticəsində 7 nəfər ölüb

Yaraqlılar daha 9 dinc sakinin yaralanmasına səbəb olublar

Çərşənbə axşamı İŞİD terror qruplaşması yaraqlılarının Bağdad ətrafına hücumları nəticəsində azı 7 nəfər ölüb, daha 9-u isə yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Bildirilir ki, silahlı hücum İraq paytaxtının şimalında yerləşən Ət-Tarmii kəndində törədilib. Yaşayış məntəqəsi bir neçə gün əvvəl güc strukturları əməkdaşları ilə silahlı toqquşmadan sonra ekstremistlərin nəzarətinə keçib.

Hazırda ölənlərin sayı barədə məlumat ilkin xarakter daşıyır. Kanalın ordudakı mənbələrə istinadən yaydığı məlumata görə, yaraqlıların hücumu nəticəsində çoxlu sayda dinc sakin həlak olub.