Kim Çen In Donald Trampla KXDR və Cənubi Koreya sərhədində görüşməyə razılıq verib


Dünya 02 May 2018 02:31:04 311 0

Kim Çen In Donald Trampla KXDR və Cənubi Koreya sərhədində görüşməyə razılıq verib

Onu buna Koreya Respublikasının prezidenti Mun Çje İn razı salıb

KXDR lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla Şimali və Cənubi Koreya sərhədində yerləşən Pxanmuncom buraxılış məntəqəsində görüşməyə razılıq verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.

Onun məlumatına görə, KXDR liderini Pxanmuncomda görüş keçirməyə Koreya Respublikasının prezidenti Mun Çje İn razı salıb.