ŞOK AÇIQLAMA: İnsanlar fərqində olmadan minlərlə böcək yeyir VİDEO


Digərləri 01 May 2018 22:02:00 317 0

ŞOK AÇIQLAMA: İnsanlar fərqində olmadan minlərlə böcək yeyir  VİDEO

Çoxsaylı qida və içkilərin hazırlanmasında əlavə qatqı maddəsi kimi böçəklərdən istifadə olunur. Bu, ingilis qida tədqiqatçılarının araşdırmalarında öz əksini tapıb.

Belə ki, qidalara qırmızı rəng vermək üçün istifadə edilən "Karmin" maddəsi eyniadlı böcəkdən hazırlanır. Bu isə o deməkdir ki, insanların bir çoxu həyatı boyunca minlərlə böcək yeyir. Son.az bildirir ki, qida eksperti İsa Əliyev deyir ki, bu böcəklərdən istifadə Avropada qadağan deyil. Ancaq bununla belə bu böcəyin halal və ya haram olması ilə bağlı mübahisəli məqamlar mövcuddur.

İsa Əliyev bildirir ki, karmin böcəkləri bəzi qidalarda istifadəsi vacib olsa da, bəzən bu maddədən istehlakçıları aldatmaq üçün də istifadə olunur.