Avtonəqliyyat Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib (FOTO)


Digərləri 01 May 2018 20:42:00 299 0

Avtonəqliyyat Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib (FOTO)

Bu sahədə şəffaflığın təmin edilməsində sahibkarların rolundan bəhs edib.

Bakı. Avtonəqliyyat Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov vurğulayıb ki, son illər dövlət başçısının uğurla həyata keçirdiyi davamlı inkişaf strategiyası ölkəmizi regionun lider dövlətinə çevirib. Dünyada baş verən iqtisadi böhranlar fonunda Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı müvafiq tədbirlərin görüldüyü, gömrük orqanlarının da ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına öz töhfəsini verdiyi diqqətə çatdırılıb.