Sarkisyanın partiyası: "Paşinyan baş nazir ola bilməz"


Dünya 01 May 2018 18:43:47 251 0

Sarkisyanın partiyası: "Paşinyan baş nazir ola bilməz"

Nikol Paşinyan baş nazir ola bilməz. Onun Qarabağ üzrə danışıqlar prosesində heç bir konsepsiyası yoxdur. Müdafiə büdcəsini necə artıracağı ilə bağlı məsələ üzrə heç bir cavab verə bilmir. Xalq natiqi deyil, hökumətin başçısı seçilir.

Virtualaz.org "Sputnik"ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.

"Heç kim sosial problemlərdən üz çevirmir. Korrupsiya da var, digər problemlər də. Baş nazir kim olursa olsun, ultimatumlarla danışmaq olmaz, qarşılıqlı addımlar atılmalıdır", - o əlavə edib.