Bakıda 210 min manatlıq dələduzluq edən şirkət rəhbərinə


Digərləri 01 May 2018 13:30:00 247 0

Bakıda 210 min manatlıq dələduzluq edən şirkət rəhbərinə

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara ev almaq adı ilə 210 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Sərvər Şeyxovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Şeyxov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, zərərçəkmişlərin qaldırdığı mülki iddia da təmin olunub.

Qeyd edək ki, S.Şeyxov Bakıda 2 vətəndaşa ev almaq adı ilə onların etibarından sui-istifadə edərək 210 min manatlıq dələduzluq edib.