Ərəstun Mehdiyev: "Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən müəyyən dairələr var"


Digərləri 01 May 2018 13:18:00 284 0

Ərəstun Mehdiyev: "Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən müəyyən dairələr var"

Azərbaycanı tanımaq, onu həqiqətən də öyrənib obyektiv şəkildə təqdim etmək istəyən tədqiqatçılar, ekspertlərlə yanaşı, ölkəmizə qarşı qərəzli mövqedən çıxış edən müəyyən dairələr, məlumatları öz maraqlarına uyğun istifadə etmək istəyən insanlar da var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib.

O qeyd edib: "Biz informasiya mübadiləsində Azərbaycanla bağlı dolğun, obyektiv, geniş məlumat verməyə çalışmalıyıq".

Ə.Mehdiyev bildirib ki, bu məsələdə mətbuatın rolu nə qədər böyükdürsə, Azərbaycanın alimlərinin və tədqiqatçılarının üzərinə bir o qədər də böyük yük düşür.

Son illərdə Azərbaycanda müşahidə olunan yüksək sosial-iqtisadi inkişafın Azərbaycan vətəndaşının mənafeyinə uyğun olaraq həyata keçirildiyini deyən PA rəsmisi qeyd edib ki, bu yaxınlarda keçirilən prezident seçkilərində Azərbaycan əhalisinin mütləq əksəriyyətinin öz səsini Prezident İlham Əliyevə verməsini ölkəmizdə yaranan ab-havanın, cərəyan edən hadisələrin məntiqi nəticəsi saymaq olar.