Akademik Milli Dram Teatrı Konyada Azərbaycanı uğurla təmsil edib


Digərləri 01 May 2018 13:17:37 241 0

Akademik Milli Dram Teatrı Konyada Azərbaycanı uğurla təmsil edib

Akademik Milli Dram Teatrı Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı uğurla təmsil edib.

Bakı. Akademik Milli Dram Teatrı Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı uğurla təmsil edib. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sayca 11-ci olan nüfuzlu beynəlxalq festivalda mədəniyyət ocağının kollektivi aprelin 30-da “Cəhənnəm sakinləri” tamaşasını oynayıb. Təqdim olunan səhnə əsəri tamaşaçılar və müxtəlif ölkələrdən gələn teatr xadimləri, o cümlədən festivalın təşkilatçıları tərəfindən yüksək səviyyədə qarşılanıb. Bundan başqa, Akademik Milli Dram Teatrının rəhbərliyinin və truppa üzvlərinin iştirakı ilə müxtəlif işgüzar görüşlər keçirilib, qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr aparılıb. Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Babalı, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.