Rəqsanənin qızı körpələr evindən gizli çəkiliş edib yaydı


Digərləri 01 May 2018 12:06:26 364 0

Rəqsanənin qızı körpələr evindən gizli çəkiliş edib yaydı

 Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ilə bağlı qalmaqallı görüntülər yayılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, videoda qadınla kişinin valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimləri avtomobilə daşıyaraq başqa yerə apardığı görünür. Görüntüləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun öz İnstaqram hesabında paylaşıb. O qeyd edib ki, körpələr evindəki bu hadisə ilə dəfələrlə qarşılaşıb.  

Nəhayət Əliyeva

1 saylı Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva criminal.az saytına açıqlamasında videodakı görüntüyə aydınlıq gətirib. Bildirib ki, Aysun Rəqsanənin qızıdır və bizim körpələr evi yerləşən həyətdə nənəsi ilə kirayə yaşayırlar.


Xəbərə aid foto