İbtidai siniflər üçün əlavə yaz tətili başladı


Digərləri 01 May 2018 11:08:17 238 0

İbtidai siniflər üçün əlavə yaz tətili başladı

Mayın 1-dən Azərbaycanda ibtidai siniflər üçün əlavə yaz tətili başlayıb.

Son.az APA-ya istindən xəbər verir ki, yaz tətili günləri 1-5 may tarixlərini əhatə edəcək.

Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.