Azərbaycanda, demək olar ki, hər evdə ən az bir məhsulu olan şirkət


Digərləri 01 May 2018 09:55:00 248 0

Azərbaycanda, demək olar ki, hər evdə ən az bir məhsulu olan şirkət

"Procter and Gamble" (P&G) şirkəti 2018-ci ildə Azərbaycana gəlişinin 20 illiyini qeyd edir.

1998-ci ildə Azərbaycanda fəaliyyətə başlayan gündəlik tələbat mallarının tanınmış istehsalçısı "Biz həyatın kiçik anlarında böyük potensial görürük. Dişləri fırçalamaqda. Saçları yumaqda. Duş qəbul etməkdə. Uşağın qayğısına qalmaqda. Evi təmizləməkdə. Qab və paltar yumaqda. Biz bu anları bir az asanlaşdıran məhsullar istehsal edirik" - deyir.

Azərbaycanlı istehlakçılara hal-hazırda 15 aparıcı brendini təqdim edən P&G onların gündəlik həyatını yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəmədiyini bildirir və buna davam edəcəyinə söz verir.

Bu gün P&G şirkətinin respublikamızda fəaliyyəti nəticəsində 700 nəfərdən artıq insan işlə təmin olunub. Bu rəqəmə şirkətin öz işçilərindən başqa, yerli partnyorlar və agentliklərində çalışanlar da daxildir.

Ölkənin ən böyük TV media investoru olaraq, regional layihələri və innovasiyaları ilə şirkət öz istehlakçılarını da bu layihə və innovasiyaların ortağına çevirir. Bir çox aparıcı brendlərini bizim bazara gətirmiş P&G dəyər yaradan yenilikləri Azərbaycana gətirməkdə davam edir.