Bakıda taksi sürücüsü özünü bıçaqlayıb


Digərləri 01 May 2018 07:47:00 252 0

Bakıda taksi sürücüsü özünü bıçaqlayıb

Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində intihara cəhd hadisısi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, 1964-cü il təvəllüdlü Ramiz Babayev taksi fəaliyyəti ilə məşğul olduğu avtomobildə qarın boşluğuna bıçaqla xəsarətlər yetirib.

Yaralı "təcili yardım" vasitəsilə xəstəxanaya yerləşdirilib.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən intihara cəhdin səbəbləri araşdırılır.