Günün qoroskopu: illüziyalara aldanmayın, arzular aləmindən ayrılın


Digərləri 01 May 2018 00:01:00 253 0

Günün qoroskopu: illüziyalara aldanmayın, arzular aləmindən ayrılın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - dəyər verdiyiniz insanla münasibətləri kəskinləşdirməyin. Səbrli olun, sizi maraqlandıran prosesi sürətləndirmək üçün müdaxilələrdən çəkinin. Problemlərin həllinin maraqlı yolu var.

Günün ikinci yarısında şərik, həmkar və ya tərəfdaşla qarşılıqlı anlaşmaya nail olun. Axşam saatları travma risklidir. Səhhətinizə fikir verin.

Gəzintiyə yollanmaq olar.

Buğa - illüziyalara aldanmayın, arzular aləmindən ayrılın. Praqmat və realist olun. Yaxın ətrafınızdakı insanlarla razılığa yalnız praktiki müstəvidə nail ola bilərsiniz. Cari tələbat çərçivəsindən kənara çıxmayın. İnnovasiyaları müvəqqəti olaraq təxirə salın.

Günün ikinci yarısında cari məsələlərin həlli üçün sınanmış metodu seçin. Kiçik işlər artacaq.

Dəyər verdiyiniz insanların davranışlarındakı dəyişikliklərə fikir verin. Onları uca səslə müzakirə etməyin.

Əkizlər - günün ilk yarısında formalaşan şəraitdə mənasız söhbətlərə, boş müzakirələrə qatılmayın. Faktları təxminlərdən və ehtimallardan üstün tutun. Praktika nəzəriyyədən daha əfzəldir. Ailə qayğıları, məişət problemləri, tələbat və zərurətlər, yaxınlarınızla qarşılıqlı münasibətlərin nüansları ön plana çıxacaq.

Günün ikinci yarısında fəaliyyətinizdə zəruri korrektələr aparın. Ehtiyatlı olun, səhhətinizin qeydinə qalın.

Səslənən təklifləri dəyərləndirmədən qərar verməyin. Axşam saatlarında normal istirahət üçün yaranmış şəraitdən istifadə edin.

Xərçəng - yaranmış situasiyaya uyğun hərəkət edin. Gün ərzində qəfil, gözlənilməz hadisələr baş verə bilər. Qonşular, həmkarlar, qohumlar arasında bir və ya bir neçə şəxsin qəribə davranışları istisna deyil. Alınan məlumatları kritik təhlilə uğradın. Əks təqdirdə məlumatları tərsinə anlaya bilərsiniz.

Günün ikinci yarısında aşkar və ya mübhəm intriqalar başlanacaq. Belə oyunlara qatılıb-qatılmayacağınıza qərar verin.

Ehtiyatlı olun. Tərəfdaş münasibətlərini praktiki zəmində qurun. Kiçik məsələlərdə qarşılıqlı yardımlaşmaya önəm verin.

Şir - yaşam tonusunuzun səviyyəsinin müvəqqəti olaraq aşağı düşməsi ilə barışın. Emosional durumunuz qarşınıza qoyduğunuz məqsədə çatmağa maneələr yarada bilər. Maliyyə problemlərinin həllinə, mübadiləyə həddən ziyadə vaxt ayırmayın. Banklardan kredit götürməyin. Alış-verişdə yalnız zəruri məhsulları və ya əşyanı alın.

Günün ikinci yarısında planlarınızı reallıqla müqayisə edin. Mənasız illüziyalara qapılmayın, səbəbsiz gözləntilərə aldanmayın. Yaxın ətrafınızdakı insanlardan biri sizə yalan danışacaq, arzulananı gerçəklik kimi qələmə verəcək.

Qız - günün ilk yarısında davranışınıza fikir verin. Xırdalıqları nəzərdən qaçırmayın. Xasiyyətinizin ən pis yönlərini nümayiş etdirərək sizdən narazı insanların sayını artırmayın. Belə davranış işlərin gedişatını çətinləşdirəcək, mövcud münasibətlərdə risklər yaradacaq. Qıcıqlı, hərdəmxəyal, aqressiv olsanız, yaxın ətrafınızdakı insanların sizə mənfi münasibətinə təəccüblənməyin.

Günün ikinci yarısında əlavə şübhələrə zəmin yaratmayın. Problemlərin səbəbi peşəkar təcrübənin çatışmazlığıdırsa, nöqsanları gizlətməyin. Çatışmazlıqları aradan qaldırın.

Tərəzi - günün ilk yarısında yaranan problemləri həll etmək üçün səbrli olmalısınız. İrəliləmək üçün fəaliyyətin praktiki yönünə önəm verin. Kiçik tapşırıqları yerinə yetirməklə də uğur qazana bilərsiniz.

Mütəxəssislərin təkliflərindən yararlanın.

Günün ikinci yarısında müstəqil çalışsanız, daha yaxşıdır. Münasibətlərdə qarışıqlıq yarana bilər. Yaxın ətrafınızdakı insanlara yardım etmək istəyirsinizsə, onlara dəstək olun - bu adamların işlərini görməyin. Tərəfdaşlıqda rolları dəqiq paylaşın. Əks halda sizi zəif bilib çox işlədəcəklər.