Paytaxtda köməksiz vəziyyətdə qalan 1 azyaşlı xilas edilib


Digərləri 30 Apr 2018 21:27:46 234 0

Paytaxtda köməksiz vəziyyətdə qalan 1 azyaşlı xilas edilib

Paytaxtda köməksiz vəziyyətdə qalan 1 azyaşlı xilas edilib

Bakı. Paytaxtda köməksiz vəziyyətdə qalan 1 azyaşlı xilas edilib. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin edib.