Hollandiyada avtobus sürücüləri kütləvi etiraza başladılar


Dünya 30 Apr 2018 20:42:07 249 0

Hollandiyada avtobus sürücüləri kütləvi etiraza başladılar

Hollandiyada iş şəraitinin yaxşılaşdırılmasını və maaşlarının artırılmasını istəyən avtobus sürücüləri tətilə başlayıblar.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Həmkarlar İttifaqı Konfederasiyasının çağırışı ilə ölkədə iki günlük tətil elan edilib.

Səhər saatlarından etibarən minlərlə sürücü işə çıxmadığı üçün marşrut xətlərində avtobusların sayı azalıb və sərnişinlər yollarda qalıblar.