"Qaçqınkom"da daha 2 nəfər işdən çıxarıldı


Digərləri 30 Apr 2018 19:27:50 238 0

"Qaçqınkom"da daha 2 nəfər işdən çıxarıldı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") sədrinin köməkçisi Əkbər Əkbərov və qurumun Mənzil istismar departametinin direktoru Akif Mirzəyev vəzifəsindən azad edilib.

Son.az bildirir ki, report-un xəbərinə görə, hər iki şəxslə bağlı Komitə sədri Rövşən Rzayev müvafiq əmr imzalayıb.

Onların yerinə, hələ ki, təyinat olmayıb.

Ə.Əkbərov Komitənin sabiq sədri, Baş nazirin müavini Əli Həsənovun baldızının oğludur. A.Mirzəyev də keçmiş sədrin qohumudur.