Ermənistan müxalifəti Yerevanda yenidən mitinqə başlayıb


Dünya 30 Apr 2018 17:54:56 251 0

Ermənistan müxalifəti Yerevanda yenidən mitinqə başlayıb

Nikol Paşinyan və minlərlə tərəfdarı mitinq keçiriləcək yerə doğru yürüş edirlər

Ermənistandakı etiraz hərəkatının lideri, "Yolk" parlament fraksiyasının rəhbəri Nikol Paşinyan parlament fraksiyalarının nümayəndələri ilə görüşdən sonra özünün çağırdığı müxalifət mitinqinə gedib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, N.Paşinyan və minlərlə tərəfdarı mitinq keçiriləcək yerə doğru yürüş edirlər.

Xatırladaq ki, mayın 1-də Ermənistan parlamentində baş nazir seçkiləri keçiriləcək. Hazırda N.Paşinyan yeganə namizəddir. Namizdəlik üçün müraciətin vaxtı saat 18:00-da başa çatır.