Dövlət qulluğuna qəbul imtahanından keçən namizədlərə sertifikatlarının verilməsinə başlanılıb


Digərləri 30 Apr 2018 17:47:15 200 0

Dövlət qulluğuna qəbul imtahanından keçən namizədlərə sertifikatlarının verilməsinə başlanılıb

Bu il 27 yanvar və 18 fevral tarixlərində keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

Bakı. Bu il 27 yanvar və 18 fevral tarixlərində keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 27 yanvar 2018-ci il tarixdə keçirilən test imtahanından və inzibati vəzifələrin B (inzibati icraçı vəzifələr) növünə aid olan vəzifə qrupları üzrə 18 fevral 2018-ci il tarixdə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən müraciət edə bilərlər.