Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin nəzərinə!


Digərləri 30 Apr 2018 17:30:00 234 0

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin nəzərinə!

2018-ci il 27 yanvar və 18 fevral tarixlərində keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

İnzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 27 yanvar 2018-ci il tarixdə keçirilən test imtahanından və inzibati vəzifələrin B (inzibati icraçı vəzifələr) növünə aid olan vəzifə qrupları üzrə 18 fevral 2018-ci il tarixdə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən müraciət edə bilərlər.