“Məşğulluq haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib


Digərləri 30 Apr 2018 15:42:00 200 0

“Məşğulluq haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Məşğulluq haqqında” qanun layihəsi II oxunuş Milli Məclisin plenar iclasına tövsiyə edilib

Bakı. İlhamə İsabalayeva – “Məşğulluq haqqında” qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Trend-in məlumatına görə, iclasda bildirilib ki, qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilatı əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.