Bezdirici reklam SMSlərindən necə qurtulaq? VİDEO FOTO


Digərləri 30 Apr 2018 14:10:00 225 0

Bezdirici reklam SMSlərindən necə qurtulaq?  VİDEO  FOTO

Mobil telefonlara göndərilən reklam, elan xarekterli SMS-lər əksər insanın etirazına səbəb olur. Hətta bu vəziyyətdən millət vəkilləri də narazıdır.

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində reklam SMS-lərindən qurtulmağın yolları haqda maraqlı sujet yayımlanıb.

Elmira Axundova (Deputat): "Mənim bütün günüm bu saysız reklamlara xərclənir".

Eskpertlər bu məsələdə məsuliyyətin birbaşa mobil operatorların üzərinə düşdüyünü deyir. Çünki müəyyən vəsait qarşılığında bu kimi mesajlar vətəndaşlara göndərilərkən mobil operatorların məlumat bazalarından istifadə edilir.

Cahid İsmayıloğlu (Ekpert): "Operatorlar reklam haqqı alırlar və ona görə də maraqlıdırlar. Ona görə daha çox yayılmasına və daha çox faiz almasına çalışırlar. Reklamın mətnində üzvlük haqqının pulsuz olduğu vəd olunur. Sonradan pullu xidmətlə əvəzləyirlər".

Elmira Axundova (Deputat): "Reklam haqda qanuna biz bunu saldıq. Amma mobil operatorlar bu qanuna əməl etmirlər. Onlara müvafiq sanksiyalar tətbiq edilməlidir".


Xəbərə aid fotolar