Akif Çovdarovun apellyasiya şikayəti üzrə məhkəmə başlayır


Digərləri 30 Apr 2018 12:14:00 227 0

Akif Çovdarovun apellyasiya şikayəti üzrə məhkəmə başlayır

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayətinin baxılacağı tarix məlum olub.

Son.az xəbər verir ki, vəkil Anar Qasımlının APA-ya verdiyi məlumata görə, məhkəmənin ilkin baxış iclası mayın 8-də keçiriləcək.

Apellyasiya şikayətinə hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ötən il oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov və digərlərinə hökm elan olunub.

Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.