DİQQƏT! Bu küçədə hərəkət məhdudlaşdırılır


Digərləri 30 Apr 2018 11:57:00 218 0

DİQQƏT! Bu küçədə hərəkət məhdudlaşdırılır

Bu gün axşam saat 22:00-dan etibarən Xətai rayonu Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, alternativ olaraq sürücülər Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.