Gürcüstanda ictimai yerlərdə tütündən istifadə qadağan olunur


Dünya 30 Apr 2018 11:08:00 268 0

Gürcüstanda ictimai yerlərdə tütündən istifadə qadağan olunur

Gürcüstanda mayın 1-də ictimai yerlərdə tütündən istifadəyə qadağa qüvvəyə minəcək.

Son.az APA-ya istinadən xəbər verir ki, xüsusi təyinatlı istənilən bina, bar və restoranlar, ictimai nəqliyyat, təhsil müəssisələri və yeniyetmələrin olduğu yerlər, tibbi və əczaçılıq müəssisələrinə yaxın ərazilər, yanacaqdoldurma məntəqələri və stadionlarda siqaret çəkmək qadağan olunacaq.

Tütündən istifadəyə qadağanın tətbiq olunmayacağı yerlərə isə taksi və kater, fiziki şəxslərin evləri, kazino, müvəqqəti saxlama yerləri və penitensiar müəssisələr, xüsusi laboratoriyalar, siqar barlar, xüsusi icazə əsasında stasionar klinika, hava limanlarında tranzit zonalar və siqaret çəkənlər üçün ayrılmış xüsusi yerlər daxildir.

"Tütünə nəzarət haqqında" qanuna edilmiş dəyişikliklərə əsasən, qapalı yerlərdə siqaret çəkməyə görə cərimə tütün istifadəçisi üçün 100 lari (40 dollar), restoran və kafe sahibləri üçün isə 500 lari (200 dollar) təşkil edəcək.