"ABŞ və İsrail İranın qarşısını alacaq"


Dünya 30 Apr 2018 08:19:00 208 0

"ABŞ və İsrail İranın qarşısını alacaq"

İsraili baş naziri Binyamin Netanyahu ABŞ-ın İranın nüvə ambisiyaları və regional ekspansiyasına qarşı kampaniyaya başçılıq etmək və dəstəkləmək niyyəti ilə ruhlandığı bildirib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, baş nazir bunu Tel-Əvivdə ABŞ-ın yeni dövlət katibi Maykl Pompeo ilə görüşü zamanı deyib.