Bakıda azyaşlı qız saçları satılır FOTO


Digərləri 29 Apr 2018 20:46:00 316 0

Bakıda azyaşlı qız saçları satılır  FOTO

Bu günlərdə sosial şəbəkələrdə Mobil Həşimov adlı şəxs təbii saçların satışı ilə məşğul olduğunu elan edib. Onun elanı qızlar arasında rezonans doğurub və qızlar dərhal ondan telefon nömrəsini istəyiblər, həmçinin saçların qiyməti və onları necə əldə edə biləcəkləri ilə maraqlanıblar.

Son.az xəbər verir ki, Sputnik Azərbaycan Həşimovla əlaqə saxlayaraq ondan məşğuliyyəti haqqında ətraflı məlumat alıb. Məlum olub ki, o, artıq 6 ildir Bakıda təbii saçların satışı ilə məşğuldur və onları dünyanın müxtəlif guşələrindən gətirir.

Həşimov qeyd edib ki, o, Bakıda Türkiyə, Sloveniya, Ukrayna, Özbəkistan və hətta Braziliyadan gətirilmiş saçları əldə edəcəyimiz yeganə adamdır. Onun sözlərinə görə, ən bahalı saçlar slavyan və özbək saçlarıdır. Çünki bu saçlar gurdur və gözəl rəng çalarları var. Azərbaycanlılar isə məhz bu tip saçları arzu edirlər.

"Mən öz həmkarlarımdan fərqli olaraq, Çindən gətirilmiş saçları almıram. Çünki hər dəfə o saçlarda bir cür problem yaranır. Mən istəmirəm ki, müştərilərim narazı qalsın. Çindən gətirilən saçlar yalnız bir cəhəti ilə qızların diqqətini cəlb edir ki, o da qiymətlərinin aşağı olmasıdır. Lakin onu alanlar sonradan peşman olurlar" - deyə Həşimov bildirib.

O qeyd edib ki, qiymətlər saçın rənginə və uzunluğuna görə dəyişir. 55-56 santimetr uzunluğu olan saçlar 80 manata, 1 metrdən uzun olanlar isə 380 manatadır.

Söhbət zamanı məlum olub ki, Azərbaycanda da ona saç satmaq istəyən adi qadınlar və gözəllik salonlarının işçiləri müraciət edirlər. Həşimovun sözlərinə görə, o, daha çox azyaşlı qızların saçlarına üstünlük verir. Çünki bu saçlar çox bahadır və hər kəs onu əldə edə bilmir.


Xəbərə aid foto