Səudiyyə Ərəbistanı Gürcüstanda səfirlik açır


Dünya 29 Apr 2018 19:44:00 246 0

Səudiyyə Ərəbistanı Gürcüstanda səfirlik açır

Səudiyyə Ərəbistanının Gürcüstanda səfirliyi may ayında açılacaq.

Trend-in "apsny.ge"yə isitnadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın Səudiyyə Ərəbistanındakı səfirinin krallığın XİN nümayəndələri ilə görüşündə bildirilib.

Krallığın XİN-nin məlumatında deyilir: "Səudiyyə Ərəbistanı və Gürcüstan arasında mövcud münasibətləri və onların inkişafının istəyini əsas tutaraq 2018-ci ilin may ayında krallığın xarici işlər naziriliyi Gürcüstanın paytaxtı Tiflisdə səfirlik açmağa hazırlaşır".