Liftdə köməksiz qalan 1 nəfər xilas edilib


Digərləri 29 Apr 2018 07:18:00 235 0

Liftdə köməksiz qalan 1 nəfər xilas edilib

Paytaxtda liftdə köməksiz qalan 1 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək edib.

Əməliyyat başa çatıb.