Paşinyanın tərəfdarları aksiyaları davam etdirmək niyyətindədirlər


Dünya 28 Apr 2018 22:35:23 236 0

Paşinyanın tərəfdarları aksiyaları davam etdirmək niyyətindədirlər

Ermənistanda hakim Respublika partiyasının baş nazir postuna namizəd irəli sürməyəcəyinə dair bəyanat verməsinə baxmayaraq, müxalifətçi deputat Nikol Paşinyanın tərəfdarları aksiyaları davam etdirəcəklər.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş sazişi" partiyasının mətbuat katibi Tiqran Avinyan bildirib.

"Biz planlarımızı dəyişməyəcəyik, etiraz aksiyalarını davam etdirəcəyik. Şarmazanovun bəyanatı kifayət etmir. Respublika partiyası Nikol Paşinyana açıq-aydın dəstək nümayiş etdirməlidir", - deyə o qeyd edib.