Bakıda səsküy yaradan kafenin sahibi cərimələnib Sərt tədbirlər davam etdiriləcək VİDEO


Digərləri 28 Apr 2018 21:54:00 348 0

Bakıda səsküy yaradan kafenin sahibi cərimələnib  Sərt tədbirlər davam etdiriləcək  VİDEO

Kafedə musiqinin səsinin həddindən artıq olması sahibkarın cərimələnməsinə səbəb olub.

Son.az bildirir ki, hadisə ötən gün paytaxtın Nizami rayonu, Rizvan Teymurov küçəsi 36 ünvanında yerləşən kafelərdən birində baş verib. Ərazidə yaşayan insanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə məlumat veriblər ki, kafedəki musiqi səsi ətrafa çox yayıldığı üçün evlərində istrahət edə bilmirlər.

Məsələ ilə bağlı kafenin sahibi Ziyad Cəfərovdan münasibət öyrənmək istəsək də, mümkün olmadı. Ətrafda olan insanların verdiyi məlumata görə, kafeni işlədən şəxs ötən gündən obyekti bağlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın sözlərinə görə, nazirlik tərəfindən bu cür tədbirlər davam edəcək.